Xəzər Xəbər

İmişlidə 1500 abonentin təbii qaz təminatı dayandırılıb

Region | 10:21 • 15 Fevral 2020
İmişlidə 1500 abonentin təbii qaz təminatı dayandırılıb

Fevralın 14-də gecə saat 23:00 radələrində İmişli rayonunun Aranlı və Qızılkənd kəndlərini təbii qazla təmin edən 225 millimetr diametrindəki polietilen qaz kəmərinin metal hissəsini avtomobillə vuraraq qırıblar. Nəticədə 1500 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Qaz təchizatının fevralın 15-də səhər saatlarından etibarən bərpasına başlanılıb.


Bu barədə xezerxeber.az-a "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Xəbər lenti