Qəbələdə yanğın baş verib, hadisə zamanı xəsarət alan olub.
Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Soltannuxa kəndində qeydə alınmış yanğın zamanı ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 22 m² sahədə yanıb.
Yanğın nəticəsində 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.