Xəzər Xəbər

Qaxda bir ailədən 3 nəfər avtoqəzada ölüb

Region | 12:20 • 12 Avqust 2019
Qaxda bir ailədən 3 nəfər avtoqəzada ölüb

Qaxda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, avqustun 10-da saat 23.00 radələrində Qax şəhəri ərazisində rayon sakini Akif Ağayevin idarə etdiyi "VAZ-21099” və Zaqatala rayon sakini Ç.Kərimzadənin idarə etdiyi "Ford Edge” markalı avtomobillər toqquşub.

Nəticədə A.Ağayev və sərnişinlərindən arvadı Leyla, bacısı oğlu Tural Nəzərov hadisə yerində ölüblər.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti