Xəzər Xəbər

Salyanda ağır qəza baş verib

Region | 15:02 • 19 Aprel 2019
Salyanda ağır qəza baş verib

Salyanda ağır yol-nəqliyyat qəzasında 4 yaşlı uşaq ölüb.


Hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisində baş verib. Qaradağ rayonu Ələt qəsəbəsinin sakini Mail Əhlimanovun idarə etdiyi "OKA” markalı avtomobil kanala aşıb. Nəticədə sürücü M.Əhlimanov və onun həyat yoldaşı Asudə Əliyeva müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Onların övladı 4 yaşlı Ruslan Əhlimanov isə aldığı xəsarətdən hadisə yerində ölüb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar