Xəzər Xəbər

İmişlidə 132 şagird yerlik məktəb binası tikilir - FOTO

Region | 12:16 • 5 Dekabr 2018
İmişlidə 132 şagird yerlik məktəb binası tikilir -

xTəhsil Nazirliyinin sifarişi ilə İmişlidə Aranlı kənd tam orta məktəbi üçün 132 şagird yerlik bina inşa olunur.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikintisinə bu ilin avqust ayında başlanılan binada 11 sinif otağı, 5 fənn kabinəsi, akt və idman zalları, digər yardımçı otaqlar olacaq. Artıq ikimərtəbəli binada hörgü işləri başa çatıb. Hazırda dam örtüyü vurulur, qapı və pəncərələr yerləşdirilir, suvaq işləri görülür, istilik və elektrik xətləri çəkilir. Təhsil ocağının dayanaqlı su, istilik və elektrik enerjisi ilə təmin olunması məqsədi ilə ərazidə 100 tonluq 2 su anbarı, qazanxana tikilib.


Məktəb binasının tikintisinin gələn ilin may ayınadək tam başa çatdırılması nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar