Xəzər Xəbər

Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi azalıb

Region | 17:21 • 5 Noyabr 2018
Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara çaylarında 50-100, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.


Departamentdən xezerxeber.az-a bildiriblər ki, noyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr olmaqla ongünlük normanın 70 faizini təşkil edir.


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil etməklə ongünlük normanın 76 faizinə bərabər olub.


Noyabrın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 14, Salyanda 20, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 santimetr azalma müşahidə edilib.


Hazırda Surra məntəqəsində suyun səviyyəsi 341, Şirvanda 205, Salyanda 149, Bankədə 175, Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetrə bərabərdir.

Xəbər lenti