Xəzər Xəbər

Ağdaşda həyətində narkotik yetişdirən şəxs tutulub - FOTO

Region | 10:26 • 19 İyun 2018
Ağdaşda həyətində narkotik yetişdirən şəxs tutulub -

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, satışı və kultivasiyası ilə mübarizə tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tofiq Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində olan istixanada aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 12 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar