Xəzər Xəbər

Kürdəmirdə bir nəfər Kür çayında batıb

Region | 10:38 • 25 Mart 2018
Kürdəmirdə bir nəfər Kür çayında batıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu, Köhünlü kəndində 1 nəfərin Kür çayında batdığı ehtimal edilir.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.​

Xəbər lenti

Çox oxunanlar