Xəzər Xəbər

Ağdamda qadın qudasının evinə qonaq gələn kişini bıçaqlayıb

Region | 10:32 • 13 Fevral 2018
Ağdamda qadın qudasının evinə qonaq gələn kişini bıçaqlayıb

Ağdamda bıçaqlanma hadisəsi baş verib.


Gəncə şəhər sakini, 44 yaşlı Ləman Əliyeva Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib. Bərdə rayonundan olan 1974 təvəllüdlü Yusifov Pərviz Vasif oğlu də həmin evdə olub. Evdə yemək yeyilərkən L. Əliyeva ilə P. Yusifov arasında mübahisə baş verib. Nəticədə L. Əliyeva P. Yusifovu bıçaqlayıb. İki bıçaq xəsarəti alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Qadın isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti