Xəzər Xəbər

İsmayıllıda ana və qızı dəm qazından zəhərlənib

Region | 11:24 • 12 Fevral 2018
İsmayıllıda ana və qızı dəm qazından zəhərlənib

İsmayıllı rayonda bir ailənin iki üzvü dəm qazından zəhərlənib. 

Hadisə İsmayıllı şəhərində qeydə alınıb. Şəhər sakini, 1969-cu il təvəllüdlü Əliyeva Xatirə Arif qızı və anası 1945-ci il təvəllüdlü Əliyeva Firuzə Qasım qızı hamamda su qızdırıcısının nasazlığı səbəbindən yaranan dəm qazından zəhərlənib.

Hər iki qadın huşsuz vəziyyətdə təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onlar xilas olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti