Xəzər Xəbər

Cəlilabad sakinlərinə məxsus atlar və mal-qara oğurlanıb

Region | 14:24 • 10 Fevral 2018
Cəlilabad sakinlərinə məxsus atlar və mal-qara oğurlanıb

Cəlilabadda oğurluq hadisəsi baş verib.

Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakinləri Fazil Abdullayev, Şəmsəddin Kərimov və digər bir neçə nəfərə məxsus at və iribuynuzlu mal-qara son bir neçə gün ərzində həyətlərdən və otlaq sahəsindən aparılıb.

Zərərçəkmiş şəxslər deyib ki, kənddən ayrı-ayrı şəxslərə məxsus təxminən 15-ə yaxın at və 5 iribuynuzlu mal-qara oğurlanıb. (APA)

Xəbər lenti