Xəzər Xəbər

Ağdamda bir ailə qidadan zəhərlənib

Region | 15:36 • 21 Yanvar 2018
Ağdamda bir ailə qidadan zəhərlənib

Ağdamda bir ailənin 5 üzvü qidadan zəhərlənib.


Hadisə rayonun Çullu kəndində baş verib.

Kənd sakinləri 31 yaşlı Cabbarova Əsmər, 29 yaşlı İsmayılova Elnaz, 28 yaşlı Cabbarova Aygün, 28 yaşlı Cabbarov Rahib və 10 yaşlı Cabbarov Nərmin Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, zəhərlənən ailə üzvlərinin vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib. (APA)

Xəbər lenti

Çox oxunanlar