Xəzər Xəbər

Ucarda avtomobil 2-si sinif şagirdini vuraraq öldürüb

Region | 12:55 • 19 İyun 2017
Ucarda avtomobil 2-si sinif şagirdini vuraraq öldürüb

Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb.Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi "VAZ 2106” markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci iltəvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub.

İkinci sinif şagirdi olan Həsən Xəlilov UcarMərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti