Xəzər Xəbər

Qardaşı ilə torpaq üstündə mübahisə edən Qazax sakini məhkəmədə öldü

Region | 16:29 • 25 Aprel 2017
Qardaşı ilə torpaq üstündə mübahisə edən Qazax sakini məhkəmədə öldü

Qazax rayonunda məhkləmədə nümayəndə qismində çıxış edən 72 yaşlı kişi ölüb.

Hadisə Qazax Rayon Məhkəməsində baş verib. Belə ki, rayonun Xanlıqlar kənd sakini, 1945-ci il təvəllüdlü Cəbrayıl Alməmmədov mülki iddia üzrə baş tutan məhkəmədə nümayəndə qismində ifadə verərkən ürəktutmasından dünyasını dəyişib.

Hakim Qurban Abbasovun sədrliyi ilə keçirilən prosesdə C.Almməmədova ilkin olaraq hakim tibbi yardım göstərsədə onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, C.Alməmmədov qardaşı ilə aralarında torpaq mübahisəsini həll etmək üçün məhkəməyə müraciət edib. (Report.az)

Xəbər lenti

Çox oxunanlar