Xəzər Xəbər

Azərbaycan mədəniyyəti ilə bağlı dövlət strategiyası hazırlanır

Mədəniyyət | 15:55 • 18 Yanvar 2024
Azərbaycan mədəniyyəti ilə bağlı dövlət strategiyası

“Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” yaxın zamanlarda təqdim olunacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa komitənin yanvarın 18-də keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, təxminən 1-2 ay ərzində strategiya sənədinin təqdimatı gözlənilir:

“Təklif edərdim ki, buna qədər parlament səviyyəsində Mədəniyyət Nazirliyi və komitə arasında görüş keçirilsin. Komitə üzvlərinin də fikirləri dinlənilsin”.

Xəbər lenti