Xəzər Xəbər

Şuşadakı qala-konsert şəhidlərə görə təxirə salındı

Mədəniyyət | 14:56 • 6 Avqust 2022
Şuşadakı qala-konsert şəhidlərə görə təxirə salındı

Ötən gün şəhid olan Azərbaycan ordusunun hərbçilərinin xatirəsinə ehtiram əlaməti olaraq, Şuşada “Muğam” müsabiqəsinin qala-konserti təxirə salınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

Məlumata görə, qala-konsertinin vaxtı dəyişdirilib və bu barədə ictimaiyyətə elan olunacaq.

Qeyd edək ki, qala-konsertdə bugünədək keçirilən 8 “Muğam” müsabiqəsinin qalib və mükafatçılarının çıxışı nəzərdə tutulurdu.

 

 
 
 

Xəbər lenti