Xəzər Xəbər

Qobustanda qədim təsvirli YENİ QAYALAR tapıldı

Mədəniyyət | 16:51 • 3 Avqust 2022
Qobustanda qədim təsvirli YENİ QAYALAR tapıldı

Qobustan qoruğunda 541 yeni təsvir və 18 yeni təsvirli qaya qeydə alınıb.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, bunu Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib.

 

O bildirib ki, Cingirdağ-Yazılıtəpə və yeni aşkarlanmış Sonaqaya sahəsindəki təsvirli daşlar sənədləşdirilib:

"3 illik tədqiqatın nəticəsi olaraq Cingirdağ-Yazılıtəpə ərazisində 169 təsvirli daşda (tədqiqata qədər 151 idi) 1347 (tədqiqata qədər 877 idi) qayaüstü təsvir, işarə, dəlmə və çapma sənədləşdirilərək qeydiyyata alınıb”.

Direktor əlavə edib ki, tədqiqatın nəticələrini özündə əks etdirən "Qobustan. Cingirdağ-Yazılıtəpə vǝ Sona qaya petroqliflərinin korpusu" adlı yeni kataloq çap olunub.

Xəbər lenti