Xəzər Xəbər

Arif Babayev həyat yoldaşı ilə Şuşada FOTO

Mədəniyyət | 15:17 • 6 Avqust 2022
Arif Babayev həyat yoldaşı ilə Şuşada

Xalq artisti Arif Babayev həyat yoldaşı Gültəkin xanımla Şuşaya gedib. 

Xezerxeber.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında bildirib. O, şəxsi instaqram hesabında Arif Babayevlə Gültəkin xanımın şəkilini paylaşıb. 

Aparıcı Xalq artisti ilə olan görüntülərə bu sözləri də əlavə edib:

"Muğam sənətimizin qocaman ustadı Arif Babayev də Şuşada ömrünü bir kinolenti kimi gözləri önündən keçirdi. Doğma vətən torpağında gördüyü insanları, dinlədiyi ustadları xatırladı. Kövrəldi, göz yaşlarına hakim ola bilmədi sənətkar".

 

Xəbər lenti