Xəzər Xəbər

Şokoladın inanılmaz FAYDALARI

Maraqlı | 16:01 • 13 İyul 2014
Şokoladın inanılmaz FAYDALARI

 

İtalyan alimlər deyirlər ki, tünd şokoladın tərkibindəki antioksidantlar ayaqlarına qan işləməyən adamlara yardım edə bilər.

 

Ayaqlarında qan dövranı yaxşı işləməyən adam bir baton şokolad yeyərsə, yorulmadan və ağrısız daha çox məsafə qət edər.

 

Tünd şokoladın tərkibində antioksidantlar - polifenollar çoxdur. Tədqiqatçılar güman edirlər ki, polifenollar biokimyəvi maddələrə təsir edərək arteriyaları genişləndirir və bunun sayəsində ayaqlara qan axımını yaxşılaşdırır.

 

Təcrübədə 60-78 yaşlı 20 nəfər iştirak edib. Onlar ürəkdən ayaqlara, əllərə, başa və qarına qan aparan arteriyaların daralmasından əziyyət çəkirdilər. Qan dövranının pisləşməsi gəzən zaman ayaqlarda və budlarda ağrı, qıcolma yaradır.

 

Pasiyentlərə 40 q tünd, yaxud südlü şokolad verilir, iki saat sonra qaçış xəttində yerimələri tövsiyyə edilirdi.

 

Tünd şokoladda kakaonun həcmi 85%-dir, yəni polifenol daha çoxdur. Südlü şokoladda isə kakao cəmi 30%-dir.

 

Tünd şokolad yeyəndən sonra pasiyentlər 11% daha çox yol qət ediblər. Həmçinin gəzmə müddəti də 15% artıb.

 

Südlü şokolad isə nə sürətə, nə də məsafəyə heç bir təsir göstərməyib. 

 

Tədqiqatçılar deyirlər ki, tünd şokolad yeyildikdən sonra qan dövranını yaxşılaşdıran azot oksidinin səviyyəsi yüksəlib. Onlar güman edirlər ki, azot oksidinin daha da çoxalması periferik arteriyaların genişlənməsinə və pasiyentlərin gəzmə qabiliyyətinə yaxşı təsir göstərə bilər.

 

Polifenollar həmçinin az miqdarda şəkər və doymuş yağa malik ərzaqlarda da var, məsələn, mixək, nanə qurusu, kərəviz toxumları, qoz və s.

milli.az

Xəbər lenti