Xəzər Xəbər

Keçəl kişilərin COVID-19-a yoluxma riski daha çoxdur – ARAŞDIRMA

Maraqlı | 17:17 • 9 May 2021
Keçəl kişilərin COVID-19-a yoluxma riski daha çoxdur – ARAŞDIRMA

ABŞ-ın Kaliforniya əyalətindəki “Applied Biology” elmi mərkəzinin tədqiqatçıları keçəl adamların koronavirusa yoluxma ehtimalının keçəl olmayanlarla müqayisədə 2,5 dəfə çox olduğunu açıqlayıblar.

Androgenetik alopesiya (kişi tipi saç tökülməsi) adlanan irsi saç tökülməsi 50 yaşdan yuxarı kişilərin yarıdan çoxunda rast gəlinir. Tədqiqatçılar bu kimi saç tökülməsi xəstəliyi olan kişilərin koronavirus infeksiyasına qarşı daha həssas olduğunu müəyyən ediblər. Tədqiqat qrupu, həmçinin araşdırmanın nəticələrinin COVID-19-un müalicəsi üçün yeni imkanlar aça biləcəyini söyləyiblər.

Kişi tipi saç tökülməsi bədənin kişi hormonu (androgen) istehsalını tənzimləyən androgen reseptoru genindəki dəyişikliklərə bağlıdır. Dazlıq əlaməti olan kişilərdə androgenin istehsalı artır. Bu gen eyni zamanda testosteron hormonu, eləcə də testosteron və estrogen hormonunun sintezi zamanı meydana çıxan ara bir ferment – androstenedion daxil olmaqla digər cinsi hormonları da idarə edir. Androgenin istehsalı isə koronavirus infeksiyasında rol oynadığı düşünülən “TMPRSS2” kimi bilinən bir fermenti artırır. Həmin ferment orqanizmə koronavirusun girməsini asanlaşdırdığı üçün COVID-19-a yoluxma da sürətli baş verir. 

Tədqiqatçılar androgenetik alopesiya xəstəliyi olan kişilərin koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilməsindən sonra müəyyən prosedurlarda androgen reseptoru geni və COVID-19 arasındakı əlaqəni müşahidə ediblər. 

Tədqiqat qrupu xüsusilə ağır koronavirus xəstələrinin təqribən yüzdə 79-nun kişi tipi saç tökülməsi xəstəliyindən təsirləndiyini müəyyənləşdiriblər./Aztibb.az 

Xəbər lenti