Xəzər Xəbər

İnternetdə ən çox axtarılan söz açıqlandı

Maraqlı | 15:35 • 4 Dekabr 2019
İnternetdə ən çox axtarılan söz açıqlandı

ABŞ-da 2019-cu ildə internet istifadəçilərinin ən çox axtardıqları söz "ekzistensial” sözü olub.

Buna görə ABŞ-ın "Dictionary” onlayn lüğəti "ekzistensial” sözünüilin ən populyar sözü adlandırıb.

Lüğətə görə, 2019-cu ildə bu termin siyasətçilər tərəfindən tez-tez istifadə edilməsinə görə axtarış sorğularında lider olub.

"Ekzistensialhəm sifət kimi, həm də mövzu kimi 2019-cu ildə üstünlük təşkil edəniqlim dəyişikliyi, silah istifadəsi və demokratik təsisatlarla bağlı müzakirələrdə önəmli yer tutub”, - deyə "Dictionary” bildirib.

Bundan başqa, "ekzistensial” sözü Honkonqda, Brexitdəki etirazların müzakirələri və "Notr-Dam”dakı yanğınlar zamanı səslənib.

Eyni zamanda, ABŞ senatoru Berni Sandersiqlim dəyişikliyinin "ekzistensial təhlükə yaratdığını” söyləyib. Bu açıqlamadan sonra sözün axtarışlarda sayı 179 fazartıb.

Daha sonra ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden Prezident Donald Trampı "Amerikanın ekzistensial təhlükəsi” adlandırıb və internet istifadəçilərinin bu sözə marağı 100 faiz artıb./oxu.az

Xəbər lenti