Xəzər Xəbər

Nadir xəstəlik üzündən yemək yeyə bilmir

Maraqlı | 15:56 • 16 Aprel 2019
Nadir xəstəlik üzündən yemək yeyə bilmir

Böyük Britaniya vətəndaşı nadir xəstəliyə tutulub. Eymi-li Smit "The Liverpool Echo” nəşrinə eozinofillərin ezofagitinə yoluxduğunu bildirib.

Mersisayd qraflığının sakini 16 yaşlı sakini hələ uşaqlıqdan immunitet zəifliyindən əziyyət çəkirmiş. Britaniyalını tez-tez həkimə aparırlarmış. 10 yaşında nadir xəstəliyə tutulduğu məlum olub. Bu xəstəliyin əsas simptomlarından biri qida borusunda iltibahlı reaksiyadır.

2016-cı ildə Smitin vəziyyəti pisləşir. Həkimlər qida qəbulu üçün ona boru yazırlar. Amma qız bu yolla rahat qida qəbul edə bilmir.

İndi Smit borusuz keçinməli olur. Eyni zamanda hər gün xəstəliklə mübarizə aparmaq lazım gəlir. Vəziyyət bir az da pisləşir. Mədə tərkibindəkilər qida borusuna düşür. Sinəsində kəskin ağrılar olur.

Eymi-li tamamilə yeməkdən qalıb. Həkimlər ona yetərincə kömək edə bilmirlər. Onların dediyinə görə, belə xəstəlik min uşaqdan birində rast gəlinir./Bizimyol.info

Xəbər lenti