Belarusda evli qadınların yarışdığı "Mrs. Belarus World 2018” gözəllik yarışmasının tacı yeni sahibini tapıb.
Paytaxt Minskdə keçirilən yarışın finalçısı 31 yaşlı aktrisa və jurnalist Yekaterina Sakoviç olub.
1 uşaq anası olan Y.Sakoviç 2019-cu ildə Çində keçiriləcək "Dünyanın Ən Gözəl Evli Qadını” yarışmasında ölkəsini təmsil edəcək./publika.az