Xəzər Xəbər

Vəfalı it 3 aydır ki, sahibinin həlak olduğu yerdə onun yolunu gözləyir

Maraqlı | 18:17 • 14 Noyabr 2018
Vəfalı it 3 aydır ki, sahibinin həlak olduğu yerdə onun yolunu gözləyir

Çinin şimalında yerləşən Daxili Monqolustan muxtar rayonunun Huh-Hoto şəhərində it artıq üçüncü aydır ki, sahibinin həlak olduğu yerdə dayanıb onun yolunu gözləyir.

AZƏRTAC xəbər verir ki, China News agentliyinin yaydığı məlumata görə, avqustun 21-də Huh-Hoto şəhərinin avtomobil yollarının birində yol-nəqliyyat hadisəsi baş verib, avtomobil qadını vuraraq öldürüb. Qadının iti həmin gündən etibarən onun həlak olduğu yerə gəlməyə başlayıb.

Gecə növbəsində taksi sürücüsü işləyən Qo Sinxuanın sözlərinə görə, yağışa və qara baxmayaraq, it artıq üç aydır həmin yeri tərk etmir: adamlar yaxınlaşanda qaçır və onlar gedəndən sonra yenə geri qayıdır.

Xəbər lenti

Çox oxunanlar