Xəzər Xəbər

Tramp pəhrizi pozmadan hamburger yeməyin üsulunu tapıb

Maraqlı | 16:24 • 16 May 2018
Tramp pəhrizi pozmadan hamburger yeməyin üsulunu tapıb

ABŞ Prezidenti Donald Tramp pəhriz zamanı hamburger yeməyin yeni üsulunu fikirləşib.


Trend-in məlumatına görə, prezident son zamanlar burgerləri yarım bulka ilə yeyir.


Mütəxəssislərin fikrincə, bu qida sağlam qida sayılmasa da, bu yolla D.Tramp istehlak olunan kalori və karbohidratların həcmini azaltmağa çalışır.


Qeyd edək ki, mart ayında həkimlər D.Trampa müvəqqəti olaraq burgerlərdən və digər növ fast-fuddan imtina etməyi tapşırmışdı.

Xəbər lenti