Xəzər Xəbər

Masallı sakini qeyri-adi avtomobil düzəldib - FOTO

Maraqlı | 17:04 • 8 Dekabr 2017
Masallı sakini qeyri-adi avtomobil düzəldib -

Masallı rayonunun Türkoba kənd sakini, çilingər-usta Oktay Rzayev idman üslubunda qeyri-adi avtomobil düzəldib. O, avtomobilin hazırlanmasına 18 ay vaxt sərf edib. Ən qürurverici məqam isə avtomobilin üzərində Azərbaycan bayrağının təsvir olunmasıdır.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Oktay usta avtomobili xarici ölkələrin istehsalı olan nəqliyyat vasitələrinin hissələrindən yığıb.


Ötən əsrin 90-cı illərindən bəri avtomobil düzəltməklə məşğul olan Oktay Rzayev deyib: "Bu avtomobilin dəmir hissələri "Mercedes”dən götürülüb. Avtomobilin qapıları da adi formada deyil. Yuxarı-aşağı hərəkət etdirməklə avtomatik açılıb-bağlanır. Yanacaq sərfiyyatı isə 100 kilometrə 9 litr nəzərdə tutulub. Matoru "VAZ 2109”undur. İdman üslubunda yığılan maşının sürəti saatda 220-240 kilometrə çatır”.


Qeyd edək ki, Oktay Rzayev hazırda daha bir avtomobil də düzəldir. İdman üslubuna üstünlük verən usta yeni nəqliyyat vasitəsinin yalnız dəmir işlərini tamamlayıb.

Xəbər lenti