Xəzər Xəbər

Müharibələrdən sağ çıxmaq üçün yeraltı otel

Maraqlı | 14:22 • 25 Sentyabr 2017
Müharibələrdən sağ çıxmaq üçün yeraltı otel

Amerikalı Larri Xoll dünyada baş verəcək dəhşətli müharibələrdən sağ çıxmaq məqsədilə yerin dərinliyində otelin inşa ediləcək layihəsini təqdim edib.


AZƏRTAC novate.ru saytına istinadla bildirir ki, imkanlı adamlar üçün nəzərdə tutulmuş "Survival Condo Project” adlanan 15 mərtəbəli binanın betonunun qalınlığı 3 metr olmaqla istənilən nüvə zərbəsinə davamlıdır.


Mənzillərinin hər birinin sahəsi 185 kvadratmetr təşkil edən bunkerdə 70 nəfərin rahat yaşaması üçün lazımi şərait yaradılıb.


Binanın sakinləri azı 5 il ərzaqla təmin olunmaqla yanaşı, mütaliə etmək, eləcə də, fitnes, baseyn, tibbi və digər xidmətlərdən istifadə edə biləcəklər.


Dünyanın varlı adamları oteldə mənzilə sahib olmaq üçün növbəyə düzülüblər.

Xəbər lenti