Xəzər Xəbər

SOCAR və “Masdar” arasında üç layihə üzrə Səhmdarlar Sazişi imzalanıb

İqtisadiyyat | 13:54 • 4 İyun 2024
SOCAR və “Masdar” arasında üç layihə üzrə Səhmdarlar Sazişi imzalanıb

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpaolunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb.

SOCAR-dan verilən məlumata görə, imzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir iştirak ediblər.

Sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik stansiyaları layihələrini əhatə edir. İmzalama mərasimində SOCAR ilə “Masdar” şirkəti arasında bərpaolunan enerji mənbələri sahəsində birgə uğurlu əməkdaşlığın enerji mənbələrinin şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından istifadənin genişləndirilməsi, həmçinin enerji keçidinin təmin olunması məqsədini daşıdığı diqqətə çatdırılıb. Bu sənədin Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinə nail olmasında önəmli rol oynayacağı xüsusi qeyd edilib.

Ümumi gücü 1 GVt olan 3 stansiyanın təməlinin qoyulması Azərbaycanın COP29-un ev sahibi kimi yaşıl dünya naminə enerji keçidinə sadiqliyinin parlaq göstəricisidir. Həmçinin layihələrin icrası nəticəsində illik təxmini 2,3 milyard kVt saat elektrik enerjisinə qənaət olunacaq ki, bunun da nəticəsində təxminən illik 1 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq. Beləliklə, təməli qoyulan külək və günəş elektrik stansiyaları layihələri ölkəmizin yaşıl gündəliyinin məqsədlərinə uyğun olmaqla, davamlı inkişafın təmin olunmasına əvəzsiz töhfə verəcək.

Rubrikanın digər xəbərləri

"Naxçıvan Bank" BOKT-a
"Naxçıvan Bank" BOKT-a ÇEVRİLİR
11:52 • 20 İyun 2024
Azərbaycan neftinin qiyməti 88 dollara
Azərbaycan neftinin qiyməti 88 dollara ÇATDI
09:20 • 20 İyun 2024
Orta aylıq əməkhaqqı 1 000 manatı
Orta aylıq əməkhaqqı 1 000 manatı KEÇDİ
12:29 • 12 İyun 2024
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə HƏRRACA ÇIXARILIR
09:35 • 12 İyun 2024
Azərbaycan neftinin qiyməti
Azərbaycan neftinin qiyməti 82 dollar
09:36 • 11 İyun 2024
Mastercard tezliklə Azərbaycanda süni intellekt
Mastercard tezliklə Azərbaycanda süni intellekt YARADIR
10:30 • 10 İyun 2024
Laçın və Ağalıda kiçik bizneslər
Laçın və Ağalıda kiçik bizneslər YARADILDI
11:44 • 7 İyun 2024

Xəbər lenti