Xəzər Xəbər

Türkmən qazının Azərbaycandan Türkiyəyə nəqlilə bağlı müqavilə imzalanıb FOTO

İqtisadiyyat | 13:00 • 4 İyun 2024
Türkmən qazının Azərbaycandan Türkiyəyə nəqlilə bağlı müqavilə imzalanıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iştirak ediblər.

İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında bu ilin mayın 14-də imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.

Mərasimdə, həmçinin Azərbaycan Qaz Təchizatı Şirkəti və BOTAŞ arasında "Şahdəniz" yatağından qazın Türkiyəyə təchizatının davam etdirilməsini nəzərdə tutan müqavilə imzalanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024