Xəzər Xəbər

İğdır-Naxçıvan qaz kəmərinin inşası yekunlaşır

İqtisadiyyat | 10:01 • 4 İyun 2024
İğdır-Naxçıvan qaz kəmərinin inşası yekunlaşır

Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovla ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Energetika Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfqliyinin enerji əməkdaşlığını möhkəmləndirən töhfələrindən məmnunluq ifadə edilib. Hər iki ölkə liderlərinin Azərbaycan-Türkiyə enerji əməkdaşlığına böyük önəm verdiyi qeyd olunub.

Neft-qaz sahəsində birgə həyata keçirilən enerji layihələrinin region və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatındakı rolundan bəhs edilib. Çoxşaxəli enerji tərəfdaşlığının yeni mərhələdə inkişafını təmin edən təbii qaz və “yaşıl enerji” sahələrindəki prioritetlər və gündəlikdə olan layihələr nəzərdən keçirilib. Bildirilib ki, İğdır-Naxçıvan qaz kəmərinin inşası tezliklə yekunlaşacaq və ilin sonunadək Naxçıvan Türkiyə üzərindən qazla təchiz olunacaq. Hazırda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində çoxşaxəli əməkdaşlıq gündəliyinin olduğu, müvafiq Hökumətlərarası Sazişlə Azərbaycandan və üçüncü ölkələrdən Türkiyə və Avropaya qaz tədarükünə imkanlar yarandığı vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığın, Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsi üzrə “Yol Xəritəsi”nin cari vəziyyəti nəzərdən keçirilib. Naxçıvandan keçməklə Türkiyəyə və Avropaya elektrik enerjisinin ixracı məsələləri ilə bağlı fəaliyyət göstərən İşçi qrupu tərəfindən Texniki Tapşırıq layihəsinin tezliklə yekunlaşdırılmasının, tərəflər arasında müvafiq Əməliyyat Sazişinin imzalanmasının, və layihənin texniki-iqtisadi əsaslandırmasına başlanması üçün məsləhətçi şirkətin seçilməsi də daxil müvafiq proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. Bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.

Söhbət zamanı bu il Azərbaycan-Türkiyə 4-cü Enerji Forumunun keçirilməsinə də toxunulub və bu formatda davamlı tədbirlərin enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişafına töhfə verəcəyi bildirilib.

Rubrikanın digər xəbərləri

"Naxçıvan Bank" BOKT-a
"Naxçıvan Bank" BOKT-a ÇEVRİLİR
11:52 • 20 İyun 2024
Azərbaycan neftinin qiyməti 88 dollara
Azərbaycan neftinin qiyməti 88 dollara ÇATDI
09:20 • 20 İyun 2024
Orta aylıq əməkhaqqı 1 000 manatı
Orta aylıq əməkhaqqı 1 000 manatı KEÇDİ
12:29 • 12 İyun 2024
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə HƏRRACA ÇIXARILIR
09:35 • 12 İyun 2024
Azərbaycan neftinin qiyməti
Azərbaycan neftinin qiyməti 82 dollar
09:36 • 11 İyun 2024
Mastercard tezliklə Azərbaycanda süni intellekt
Mastercard tezliklə Azərbaycanda süni intellekt YARADIR
10:30 • 10 İyun 2024
Laçın və Ağalıda kiçik bizneslər
Laçın və Ağalıda kiçik bizneslər YARADILDI
11:44 • 7 İyun 2024

Xəbər lenti