Xəzər Xəbər

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat | 09:24 • 3 Avqust 2022
Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,4 ABŞ dolları və ya 1,3% azalaraq 104,57 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 

Xəbər lenti