Xəzər Xəbər

Sosial sığorta haqları üzrə daxilolmalar artıb

İqtisadiyyat | 09:47 • 18 May 2022
Sosial sığorta haqları üzrə daxilolmalar artıb

2022-ci ilin ilk 4 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnoza nisbətdə 136,2 mln. manat və ya 10,4% artıb.

Dövlət Sosial Müdafiə Fondundan xezerxeber.az-a verilən xəbərə görə, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,1 mln. manat və ya 17,7%, qeyri-büdcə təşkilatları üzrə isə 154,3 mln. manat və ya 20,2% artımla olub.

Xəbər lenti