Xəzər Xəbər

Neft Fondu Türkiyə Mərkəzi Bankında 1 mlrd. avro depozit yerləşdirib

İqtisadiyyat | 17:00 • 28 Yanvar 2022
Neft Fondu Türkiyə Mərkəzi Bankında 1 mlrd. avro depozit yerləşdirib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Türkiyə Respublikasının Mərkəzi Bankında yerləşdirdiyi depozitlərə dair məlumat açıqlayıb.

Fonddan bildirilib ki, ARDNF tərəfindən cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib.

Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilmiş və 27 yanvar 2022-ci il tarixində yekunlaşdırılıb.

Xəbər lenti