Xəzər Xəbər

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı yeni qərar verib

İqtisadiyyat | 16:43 • 20 Yanvar 2022
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı yeni qərar verib

Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin 2022-ci ildə ilk növbəti iclası keçirilib.

Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyərək, 14 faiz səviyyəsində saxlayıb.

Xatırladaq ki, TMB ötən ilin dekabrında həmin göstəricini 15 faizdən 14 faizədək azaltmışdı.

Bugünkü qərardan sonra Türkiyə birjalarında ABŞ dolları lirəyə nisbətən 0,5 faizə yaxın ucuzlaşaraq 13,25 lirə təşkil edib.

Xəbər lenti