Xəzər Xəbər

Ehtiyac meyarının həddi 30 manat artırılır

Azərbaycanda ehtiyac meyarının həddi ikinci oxunuşda təsdiq edilib
İqtisadiyyat | 11:16 • 24 Noyabr 2021
Ehtiyac meyarının həddi 30 manat artırılır

Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi təsdiq edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İclasda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilməsi təklif edilib.

Təklif səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, 2021-ci il üzrə ehtiyac meyarı 170 manat təşkil edib.

Xəbər lenti