Xəzər Xəbər

Azərbaycanda manatla bağlı QƏRAR VERİLDİ

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artdı
İqtisadiyyat | 11:31 • 29 Oktyabr 2021
Azərbaycanda manatla bağlı QƏRAR VERİLDİ

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi artırılaraq 6,5%-dən 7%-ə çatdırılması barədə qərar qəbul edib.

Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 7%-dən 8%-ə çatdırılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 17-də ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti