Xəzər Xəbər

İşğaldan azad olunmuş ərazilərdəki su anbarlarında tikinti-bərpa işlərinə başlanılır

İqtisadiyyat | 14:22 • 12 Oktyabr 2021
İşğaldan azad olunmuş ərazilərdəki su anbarlarında tikinti-bərpa işlərinə başlanılır

Azərbaycanın işğaldan azad olunan ərazilərində yerləşən su anbarlarında geniş tikinti-bərpa işlərinə başlanacaq.

Bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədrinin müavini Rafiq Aslanov deyib.

Onun sözlərinə görə, gələn ilin sonunda bu anbarlarda bütün təmir-bərpa işləri başa çatacaq və həmin sulardan tam şəkildə istifadə olunacaq.

"Hazırda Qarabağ və Şərqi Zəngəzurda 618 mln. kubmetr tutumu olan 9 su anbarı mövcuddur. Təkcə Suqovuşan su anbarından 183 mln. kubmetr su götürülüb. Aşağı köndələn su anbarından təqribən 5 mln. kubmetr su götürülüb. Ağdam rayonu ərazisində Xaçınçay su anbarı mövcuddur ki, oradan da 4 mln. kubmetrə yaxın sudan istifadə olunub. Qeyd olunan anbarlarda bərpa işləri aparılmalıdır ki, bununla bağlı yaxın günlərdə tender elan olunacaq", - deyə R. Aslanov qeyd edib. (APA)

Xəbər lenti

Çox oxunanlar