Xəzər Xəbər

Maşınlar ucuz qiymətə satışa çıxarılır: Qiymət 4500 manatdan başlayır

İqtisadiyyat | 08:57 • 12 Oktyabr 2021
Maşınlar ucuz qiymətə satışa çıxarılır: Qiymət 4500 manatdan başlayır

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 2-si və noyabrın 16-da özəlləşdirmə hərracları təşkil ediləcək.

Xidmətdən XəzərXəbər-ə bildirilib ki, noyabrın 2-si keçiriləcək hərraca 21 nəqliyyat vasitəsi, noyabrın 16-da təşkil olunacaq hərraca isə 18 kiçik dövlət müəssisəsi və 1 yarımçıq tikili çıxarılacaq.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3oQSGdk)

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Xəbər lenti