Xəzər Xəbər

“8 Noyabr” prospektində xüsusi düymə ilə idarə olunan svetoforlar quraşdırılıb

İqtisadiyyat | 20:03 • 29 Sentyabr 2021
“8 Noyabr” prospektində xüsusi düymə ilə idarə olunan svetoforlar quraşdırılıb

Vətəndaş rahatlığı nəzərə alınaraq daha iki ünvanda piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən “8 Noyabr” prospektində 4 hərəkət zolağından ibarət yolda yerləşən mövcud nizamlanmayan eyni səviyyəli piyada keçidinin yeri optimallaşdırılıb və xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb.

Bu barədə xezerxeber.az-a BNA-dan məlumat verilib.

Bununla yanaşı, Mərdəkan qəsəbəsi, Sergey Yesenin və Almas İldırım küçələrinin kəsişməsində mövcud eyni səviyyəli piyada keçidlərinin yerləri optimallaşdırılıb və sözügedən eyni səviyyəli piyada keçidlərinin önündə panduslar inşa olunub.

Xəbər lenti

Çox oxunanlar