Xəzər Xəbər

"Pfizer" peyvənd satışından bu qədər gəlir əldə edəcək

İqtisadiyyat | 11:07 • 26 Sentyabr 2021
"Pfizer" peyvənd satışından bu qədər gəlir əldə edəcək

"Pfizer" şirkəti 2022-ci ildə koronavirus peyvəndinin üçüncü dozasının satışından 26 milyard ABŞ dolları əldə edə bilər.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, bu barədə "Morningstar" maliyyə şirkətinin proqnozunda deyilir.

Şirkətin builki satış proqnozu 4 milyard dollardır.

Digər peyvənd istehsalçısı "Moderna" isə bu il 2 milyard, gələn il 14 milyard ABŞ dolları qazana bilər.

Eyni zamanda, "Morningstar" analitikləri hesab edir ki, ölkələr üçüncü dozanı təsdiqlədikcə, gələn il satışlar əhəmiyyətli dərəcədə arta bilər.

Xəbər lenti