Xəzər Xəbər

Azərbaycan neftinin qiyməti bir gün əvvəlki rekordunu yeniləyib

İqtisadiyyat | 11:57 • 25 Sentyabr 2021
Azərbaycan neftinin qiyməti bir gün əvvəlki rekordunu yeniləyib

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Xezerxeber.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 79,08 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il sentyabrın 23-də (78,50) qeydə alınıb. Neft qiymətlərinin artımına səbəb əksər ölkələrdə COVID-19-la bağlı yumşalmanın tətbiqi və qlobal miqyasda vaksinasiya prosesi olub.

Xəbər lenti