Xəzər Xəbər

Xaçmazda sahildən qanunsuz qum daşıyan şəxslər cəzalandırıldı

İqtisadiyyat | 14:58 • 20 Sentyabr 2021
Xaçmazda sahildən qanunsuz qum daşıyan şəxslər cəzalandırıldı

Xaçmaz rayonu ərazisində qanunsuz qum daşıyanlar cəzalandırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən rayonun sahil zolağından ekskavator və “MAZ” markalı 27-BU-102 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə qanunsuz qum daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qum daşıyan şəxslərin Xaçmaz rayon sakinləri Rauf Məmmədov və Eldar Kiçikbəyov olduğu məlum olub.

Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və onlar inzibati məsuliyyətə cəlb ediliblər.

Xəbər lenti