Xəzər Xəbər

Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı artır

Türkiyə Statistika İdarəsi məlumat yayıb
İqtisadiyyat | 16:08 • 14 Sentyabr 2021
Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı artır

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 858 daşınmaz əmlaka sahib olub.

Bu barədə "Anadolu" agentliyi Türkiyə Statistika İdarəsinə istinadən məlumat yayıb. 

Qeyd olunur ki, bu göstərici üzrə Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında 9-cu yerdə qərarlaşıb. Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk üçlüyündə İraq (4 631), İran (4 600) və Rusiya (2 575) yer alıb.

Ümumilikdə, əcnəbilər Türkiyədə bu ilin 8 ayı ərzində 30 849 ev alıblar, bu da illik ifadədə 47,6% çoxdur.

Ən çox daşınmaz əmlak İstanbulda satılıb – 14 788 vahid. Satış sayı üzrə ikinci sırada Antalya (5897), üçüncü yerdə isə Ankara (1988) şəhərləri qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan vətəndaşları ötən il Türkiyədə 1 279 ev alıb, bu da 2019-cu illə müqayisədə 7,4% çoxdur. (APA)

Xəbər lenti