Xəzər Xəbər

Azərbaycanda çirkab içində satılan ətlər aşkarlandı FOTO

İqtisadiyyat | 11:14 • 6 Avqust 2021
Azərbaycanda çirkab içində satılan ətlər aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Tərtər rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.

AQTA-dan xezerxeber.az-a verilən məlumata görə, reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.

Eyni zamanda kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

Xəbər lenti