Xəzər Xəbər

“Aİ-98” markalı benzinin qiyməti ilə bağlı rəsmi AÇIQLAMA

İqtisadiyyat | 330 | 15:08 • 31 İyul 2021
“Aİ-98” markalı benzinin qiyməti ilə bağlı rəsmi AÇIQLAMA

“Aİ-98” markalı benzinin alış qiyməti dəyişdikdə bu artıq bizim ölkədəki qiymətlərə də təsir edir.

XəzərXəbər xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.

O, son dövr ərzində ölkədə “Aİ-98” super markalı benzinin satışı ilə bağlı çətinliklərin yarandığını təsdiq edib:

“Aİ-98” markalı benzinlə bağlı artıq 20 günə yaxındır ki, çətinlik yarşayırıq. Səbəb isə Rumıniyadan sifariş verdiyimiz məhsulun nəqliyyatda əlaqədar gecikməsidir. Bu məsələ ilə bağlı problemlər yaşadıq. Artıq qabaqlayıcı tədbir kimi biz Gürcüstan Respublikasından məhsulun sifarişini vermişik. Aİ-98” markalı benzinin 4-5 avqust tarixlərində artıq bütün bizim mətəqələrdə satışı həyata keçiriləcək”.

Növbəti dövrdə “Aİ-98” super markalı benzinin də qiymətində artım müşahidə edilməsi ehtimalı ilə bağlı da danışan SOCAR rəsmisi qeyd edib ki, bu mənbə ölkələrdən asılı proses olacaq:

“Əgər, Rumıniya, Rusiya və digər mənbə ölkələrin birində “Aİ-98” super markalı benzinin qiyməti artarsa, bu qeyri-ixtiyari bizim ölkəmizdə də qiymətlərə təsir edəcək”.

Xəbər lenti

Çox oxunanlar