Xəzər Xəbər

Mayda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

İqtisadiyyat | 14:42 • 21 İyun 2021
Mayda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Cari ilin mayında Azərbaycana idxal olunan avtomobillərin sayı 7366 ədəd, dəyəri isə 73 milyon 563 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 7-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 6892-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 466-sı yük daşımaq üçün, 1-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Xəbər lenti