Xəzər Xəbər

Zabrat şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

İqtisadiyyat | 13:48 • 14 May 2021
Zabrat şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Sabunçu rayonmu Zabrat şossesində Zabrat qəsəbəsi istiqamətində Musa Bayramov küçəsi ilə kəsişən hissədə yolda aparılan təmir işləri ilə əlaqədar yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb.

Bu barədə xezerxeber.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən Zabrat şossesində Əmir Bağırov küçəsi ilə kəsişmədən başlayaraq təmir aparılan hissəyədək sıxlıq müşahidə olunur.

Xəbər lenti