Xəzər Xəbər

Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarına xəbərdarlıq edib

İqtisadiyyat | 16:31 • 4 May 2021
Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarına xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi (BNA) sabah baş verəcək qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Agentlikdən xezerxeber.az-a verilən məlumatda bildirilir ki, mayın 5-i tarixində müşahidə ediləcək güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçıları diqqətli və ehtiyatlı olmaldır.

"Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər",-deyə məlumatda qeyd edilir. 

Xəbər lenti