Xəzər Xəbər

Nazirlik: Krevetlərin ovlanması kvota ilə olmalıdır

İqtisadiyyat | 18:17 • 27 Aprel 2021
Nazirlik: Krevetlərin ovlanması kvota ilə olmalıdır

“Dənizdə olan krevetlərin ovlanmasında kvotalar var”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda Abşerondan başlayaraq cənub hissəyə qədər krevetlər üçün əlverişli yerlər mövcuddur: “Yəni həmin ərazilərdə krevetlər çoxdur. Təbii ki, ovlanma icazə və kvota əsasında olmalıdır”.

M.Axundov vurğulayıb ki, dəniz xərçənglərinə isə daha çox Xəzərin Azərbaycan sektorunun şimal hissəsində rast gəlinir./report

Xəbər lenti