Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

AQTA vaxtı keçən məhsulları satışdan çıxardı

İqtisadiyyat | 61 | 12:05 • 20 Aprel 2021
AQTA vaxtı keçən məhsulları satışdan çıxardı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonu, Liman şəhəri, T. Bağırov küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Ülviyyə Ağaverdi qızına məxsus “Pibon” marketdə yoxlama keçirib.

AQTA-dan XəzərXəbər-ə verilən məlumata görə, yoxlama zamanı marketdə istifadə müddəti bitmiş pendir, şor, üzüm qurusu, noğul və nabat məhsulu aşkar edilib.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, məhsullar satışdan çıxarılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

 

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
385 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
955 | 17:16 • 19 Aprel 2021